“Barselona”nın qapıçısını ağır cəza gözləyir (VİDEO)

“Barselona”nın qapıçısını ağır cəza gözləyir (VİDEO)
XƏBƏR 3 Mart 2013 / 13:21 2935
-  A +

Martın 2-də “Real”la La Liqa matçının 26-cı turunda hakimlə mübahisə etdiyi üçün əvvəl sarı, sonra isə qırmızı vərəqə alan “Barselona”nın qapıçısı Viktor Valdesə ağır cəza verilə bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Valdes oyunun son saniyələrində baş hakim Migel Lasla mübahisə zamanı onu təhqir edib. La Liqanın intizam kodeksinə əsasən, belə hərəkətlər səbəbindən futbolçunu 4 oyundan 12 oyuna kimi cəza gözləyir.

Xatırladaq ki, Valdes qayda pozulduğu halda “Real”ın qapısına penalti təyin etmədiyi üçün hakimə etiraz edib.


Son xəbərlər