Mahir Şükürov: "Turan"la oyun asan keçməyəcək"

Mahir Şükürov: "Turan"la oyun asan keçməyəcək"
XƏBƏR 2 Mart 2013 / 15:09 1745
-  A +

“Neftçi”nin futbolçusu Mahir Şükürov “Turan”la oyun öncəsi klubun rəsmi saytına açıqlama verib.

Qol.Az-ın məlumatına görə o, bütün görüşlərə ciddi yanaşdıqlarını bildirib:

“Hazırda turnir cədvəlinin ilk pilləsindəyik və bu mövqeyimizi qorumaq üçün bütün görüşlərdə maksimum nəticə üçün oynamalıyıq. Növbəti rəqibimiz olan “Turan” bütün çempionatlarda çıxış etmiş azsaylı komandalardandır.

Təcrübəli müdaiəçi "Turan"la oyunun çətin olacağını bildirib: "Tovuz təmsilçisi hazırda istədiyi yerdə qərarlaşmayıb, bununla belə matçın asan keçəcəyini düşünmürəm. Bu oyunu da qalib başa vurub həlledici mərhələyə lider qismində başlamaq niyyətindəyik”.

Son xəbərlər