Ruslan Abışov Antalyaya getdi

Ruslan Abışov Antalyaya getdi
XƏBƏR 2 Mart 2013 / 01:10 2300
-  A +

Milli komandamızın futbolçusu Ruslan Abışov yeni komandası “Rubin”lə birgə Türkiyənin Antalya vilayətinə yola düşüb.

Qol.Az-ın məlumatına görə, Kazan klubunun rəsmi saytı “Rubin”in Bələk bölgəsində qısamüddətli təlim-məşq toplanışında olacağını xəbər verib. Antalyaya səfər Avroliqanın 1/8 final mərhələsində gələn həftə İspaniya “Levante”sinə qarşı keçirilək oyuna hazırlıq mahiyyəti daşıyır.

Qeyd edək ki, R.Abışovun adı Avroliqanın iştirakçıları sırasında olmadığından o, ispanlara qarşı oynamayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner