"Qarabağ" "İnter"lə oyuna itkilərlə hazırlaşır

"Qarabağ" "İnter"lə oyuna itkilərlə hazırlaşır
XƏBƏR 1 Mart 2013 / 19:01 2214
-  A +

"Qarabağ" "İnter"lə oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqanın təsnifat mərhələsinin son turunda "İnter"i qəbul edəcək komanda günün yeganə çalışmasını oyunun keçiriləcəyi Tofiq Bəhramov adına mərkəzi arenada keçib.

"Qarabağ" "İnter"lə oyuna itkilərlə çıxacaq. Belə ki, müdafiəçi Ansi Aqolli ötən tur "Rəvan"la baş tutan oyunda mövsüm ərzində 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb. Eləcə də sonuncu görüşdə zədə səbəbindən əvəzlənən Riçard Almeydanın da meydana çıxması sual altındadır.

"Qarabağ"ın yeni transferi Emeka Opara da artıq məşqlərə başlayıb.  Ağdam təmsilçisi sabah daha bir məşqlə hazırlıqlarını tamamlayacaq.

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu Martın 3-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son xəbərlər