“Qarabağ”da iki ciddi itki

“Qarabağ”da iki ciddi itki
XƏBƏR 1 Mart 2013 / 12:44 2828
-  A +

“Qarabağ” Topaz Premyer Liqanın martın 3-də “İnter”lə keçiriləcək oyununa iki aparıcı futbolçusunun iştirakı olmadan çıxacaq.

Bu haqda Qol.Az-a komandanın baş məşqçis Qurban Qurbanov məlumat verib. O deyib ki, Riçard Almeyda zədəli, Ansi Aqolli isə sarı vərəqə limitini doldurduğu üçün bu görüşü buraxmaq məcburiyyətində qalacaq.

Q.Qurbanov “Qarabağ”ın yeni transferi E.Oparanın da hələlik hazır durumda olmadığı üçün “İnter”lə görüşdə iştirak etməyəcəyini deyib.

Bundan öncə isə "Qarabağ"ın yeni transferi Branimir Subaşiçin də zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilirdi.


Son xəbərlər