Emeko Opara: "Qarabağ"a çempionluq üçün gəlmişəm"

Emeko Opara: "Qarabağ"a çempionluq üçün gəlmişəm"
XƏBƏR 28 Fevral 2013 / 18:12 3633
-  A +

"Qarabağ"dan təklif gələndə düşünmədən razılaşdım. Hələ Azərbaycanda oynayarkən yeni komandamın oyun üslubu o dəqiqə hiss olunurdu. Bəlli sistemə malik komandada oynamaq futbolçu üçün rahatlıqdır. Bilirəm ki, "Qarabağ" çempionluq üçün mübarizə aparır. Hazırda liderdən 3 xal geridə qalırıq. Bu fərqi aradan qaldırmaq mümkündür. Azərbaycan çempionatının səviyyəsinə bələdəm. Burda yaxşı oynamaq üçün nələrin lazım olduğunu bilirəm. Komandanın heyətindəki futbolçuların çoxusunu tanıyıram".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Emeko Opara klubun saytına açıqlama verərkən deyib.

Afrikalı futbolçu "Qarabağ"a uğur qazanmaq üçün gəldiyini söyləyib: "Böyük bir klubun  sevilən bir hissəsi olmaq istəyirəm. Bunun üçünsə meydanda can qoymaq lazımdır. Bəli, "Qarabağ"a çempionluq üçün gəlmişəm. İnanıram ki, mayda qızıl medalları məhz "Qarabağ" boynundan asacaq".

Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner