Sxadadze: "Yaxşı təsir bağışladıq"

Sxadadze: "Yaxşı təsir bağışladıq"
XƏBƏR 27 Fevral 2013 / 18:17 1611
-  A +

“Premyer Liqada “Neftçi”yə uduzduqdan sonra özümüzü göstərməli idik. Fikrimcə, bu gün bunu bacardıq, komanda yaxşı təsir bağışladı. İlk hissədə rəqibin təhlükəli vəziyyəti olmadı. İkinci hissədə gözəl qol vurduq. “Bakı” da baxımlı qola imza atdı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunu 1/4 final mərhələsinin “Bakı”ya qarşı səfərdə keçirilən ilk oyunundan (1:1) sonra bildirib.

O qeyd edib ki, kubok mübarizəsi iki oyundan ibarət olduğundan, hər şeyə cavab matçında aydınlıq gələcək: “Çempionatda bizi “Qarabağ”la vacib oyun gözləyir, futbolçular bu oyuna qədər bərpa olmalıdırlar”.


Son xəbərlər