Balotelli özünə heykəl düzəltdirir

XƏBƏR 27 Fevral 2013 / 16:23 2410
-  A +

İtaliya milli komandasının qalmaqallı futbolçusu Mario Balotelli uzun illər danışılacaq bir addım atmağa hazırlaşır. Qol.Az-ın məlumatına görə, o, “Avro-2012”nin yarımfinalında Almaniyaya vurduğu qoldan sonrakı sevincli anını əbədiləşdirməyi qərara alıb.

Balotelli həmin pozada heykəlinin düzəldilməsini sifariş edib.

Heykəli hazırlayan heykəltəraş Livio Skarpella buna gör görə artıq Mariodan pulunu aldığını deyib. O, heykəlin bürünc rəngdə olacağını bildirib.



Son xəbərlər