Tatarıstan telekanalı: “Abışov Bokettinin yerinə gətirilib”

XƏBƏR 27 Fevral 2013 / 12:04 2783
-  A +

Tatarıstanın İTV idman kanalı Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun Kazanın “Rubin” klubuna transfer olunmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Abışovun universal futbolçu olduğunu qeyd edən telekanal onun həm müdafiənin cinahında, həm ortasında, həm də yarımmüdafiə xəttində oynaya bildiyini xatırladıb.

“Mərkəz müdafiəçisi olmasına baxmayaraq, müdafiənin sol cinahında və dayaq müdafiəçisi kimi oynayan Salvator Bokketti qış fasiləsində “Rubin”i tərk etdi. Güman etmək olar ki, Abışov məhz Bokettinin yerinə komandaya gətirilib” – deyə İTV bildirib.


Son xəbərlər