Rıdvan Dilmən Fatih Terimi tənqid etdi

Rıdvan Dilmən Fatih Terimi tənqid etdi
XƏBƏR 26 Fevral 2013 / 13:36 2600
-  A +

Türkiyənin NTV kanalının şərhçisi Rıdvan Dilmən dünən superliqanın 23-cü turunun “Orduspor”la oyunda “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin hakim tərəfindən tribunaya göndərilməsinə münasibət bildirib.

Qol.Az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, Dilmən fasilədə yaşanan olaylar səbəbilə Terimi tənqid edib: “Heç bir hakim səbəbsiz yerə Fatih hocanı tribunaya göndərməz. Deməli, orada nəsə baş verib. Bu, düzgün deyil. İndi “Qalatasaray”a cəza gələcək. Hətta komandası 0:5 hesabı ilə məğlub olsa belə, Fatih Terim hakimlə dava etməməlidir”.

Xatırladaq ki, “sarı-qırmızılılar” dünən “Orduspor”la matçın ilk hissəsində 0:2 hesabı ilə məğlub olsalar da, fasilədən sonra dörd qol vuraraq vacib qələbə qazanıb.


Son xəbərlər