“Qəbələ” sabah - fevralın 27-də ilk oyunları baş tutacaq Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”la qarşılaşacaq. Ötən mövsüm də bu mərhələdə elə bu rəqiblə qarşılaşan komanda 1 il sonra revanş üçün meydana çıxacaq. Düzdür, həmin vaxt ağdamlılar “Qəbələ”yə qalib gəlməmişdi. Hər 2 oyunu heç-heçə bitən cütün taleyini “Qarabağ”ın Qəbələdə vurduğu səfər qolları həll etmişdi – 2:2 və 0:0.
Ardıcıl 3-cü, ümumilikdə isə 5-ci dəfə bu mərhələyə yüksələn “Qəbələ” hələlik 2 dəfə yarımfinala adlayıb. İlk 2 cəhddə bunu bacaran komanda son 2 ildə məhz bu səddə “ilişib”. İndi bu seriyanı qırmalı olan komanda 1/4 finaldakı ev oyunları ənənəsinə də son qoymalıdır. Belə ki, “Qəbələ” tarixi ərzində kubokun 1/4 finalında keçirdiyi bütün ev oyunlarını istisnasız olaraq heç-heçə başa vurub. İlk 4 heç-heçədən sonrakı 5-ci matçda qələbə qazanmaq üçün “Qarabağ”ı yenmək lazımdır.
İndiyədək 2 kubok matçından başqa daha 18 dəfə Premyer Liqada Ağdam təmsilçisi “Qəbələ”yə rəqib olub. Bu matçlarda cüzi üstünlük “Qarabağ”ın tərəfindədir. Ağdamlılar 6, “Qəbələ” 5 qələbə qazanıb. Daha 9 görüşdə isə qalib müəyyənləşməyib. 43 qolun vurulduğu matçlarda “Qarabağ” daha məhsuldar olub – 23:20. Amma son 8 oyunda 3 qələbəsi olan “Qəbələ” 5 dəfə heç-heçə edib və uduzmayıb. 2011-ci il fevralın 13-də qazandığı qələbə “Qarabağ” üçün sonuncu olub ki, həmin vaxtdan 2 ildən çox vaxt keçib.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı