İyunun 9-da İspaniya Futbol Federasiyasının idman və texniki direktoru Fernando Yerro “Azercell” şirkətinin baş ofisinə gələrək şirkət prezidenti Ali Ağanla görüşüb. «Azercell» şirkətindən Qol.Az-a verilən məlumata görə,
görüşdə Azərbaycanda futbolun inkişafı perspektivləri və özəl sektorun idmana dəstəyinin vacibliyi müzakirə edilib. Fernando Yerro eyni zamanda “Azercell” futbol komandası ilə də tanış olub.
Qeyd edək ki, iyunun 2-də Kayseridə Türkiyə- Azərbaycan, eyni zamanda iyunun 6-da Bakıda keçirilən Azərbaycan- Uels oyunlarının yayım sponsoru “Azercell” idi. Sözügedən oyunlar müvafiq olaraq ANS və AzTV kanallarında canlı yayımlanmışdı.
“Azercell Telekom”dan bildiriblər ki, şirkətlə AFFA arasında imzalanan müqavilənin şərtlərinə əsasən, şirkət Azərbaycanda futbolun inkişafına dəstək verən hər bir layihəyəyə imza atacaq. Əsasən də uşaq futbolunun inkişafına yönələn layihələrin reallaşmasına yardım göstərəcək. Şirkət Azərbaycanda uşaq futbolunun inkişafına dair layihələrə də imzasını qoyacaq.
Bundan əlavə “Azercell” AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol oyunlarının televiziya ilə yayımına maddi dəstək verəcək.
Sazişə görə, bu mobil operatorun abonentləri istənilən futbol oyunu haqqında SMS vasitəsilə əvvəlcədən elanlar alacaqlar. Bu da futbol həvəskarlarının ölkədə keçirilən oyunlar barədə hər kəsdən əvvəl xəbər tutmasına, daim futbol aləmindəki yeniliklərdən xəbərdar olmağa imkan verəcək. “Azercell Telekom” Azərbaycanda futbolçuların reklamına da xüsusi diqqət ayıracaq. Hətta scratch kartlar üzərində Azərbaycan futbolçularının rəsmlərinin çap olunması da nəzərdə tutulub. Bir sözlə, “Azercell” Azərbaycan futbolu ilə bağlı ictimaiyyətə lazım olan məlumatlarını ötürülməsində önəmli vəzifəni yerinə yetirəcək.
Qeyd edəek ki, “Azercell Telekom” MMC ilə AFFA arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində şirkət bu gün saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun Az.TV-də canlı yayımlanmasına sponsorluq edəcək.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək