“Rəvan” “Xəzər Lənkəran”la oyuna istirahətsiz hazırlaşır

XƏBƏR 25 Fevral 2013 / 18:18 2068
-  A +

"Rəvan” futbol klubu ötən həftənin cümə günü Topaz Premyer Liqasının XXI turu çərçivəsində oyununu keçirdikdən dərhal sonra növbəti matç barədə düşünməyə başlayıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda fevralın 27-də Azərbaycan kubokunda 1/4 finalın ilk görüşündə üz-üzə gələcəyi "Xəzər Lənkəran”la qarşılaşmaya ciddi hazırlaşır.

"Rəvan” bü gün artıq kubok matçına hazırlıq çərçivəsində artıq ikinci məşqini keçirib. Ənənəvi olaraq "Bayıl Arena”da toplaşan komanda mərhələ adlamaq üçün ilk oyunda sərfəli nəticəyə ümid edir.

Qeyd edək ki, “Rəvan” çempionatda 4 dəfə üz-üzə gəldiyi "Xəzər Lənkəran”la kubokda ilk dəfə qarşılaşacaq.


Son xəbərlər