"Kəpəz"in futbolçuları istirahətə getdi

XƏBƏR 25 Fevral 2013 / 13:39 1861
-  A +

AZAL-la Premyer Liqa oyunundan sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov futbolçulara iki gün istirahət verib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bundan öncəki turda "Rəvan"a qarşı matçın ardından komanda üzvlərinə dincəlmək imkanı verməyən çalışdırıcı bunun əvəzində bu dəfə istirahət günlərinin sayını artırıb. Komanda fevralın 26-da məşqləri bərpa edəcək. Sabaha təyin olunan hazırlıq prosesi saat 16:00-da baş tutacaq. Məşq "Dalğa Arena"da keçiriləcək.

Qeyd edək ki, istirahət günlərindən istifadə edən "Kəpəz"in gəncəli futbolçuları doğma şəhərə ailə üzvlərinə baş çəkməyə gediblər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner