Kapello İngiltərəyə qayıtmaq istəyir

Kapello İngiltərəyə qayıtmaq  istəyir
XƏBƏR 24 Fevral 2013 / 14:21 1770
-  A +

Rusiya Milli Komandasının italiyalı baş məşqçisi Fabio Kapello yenidən İngiltərə də işləyə bilər.

Qol.Az-ın “The Sun” qəzetinə istinadən yaydığı xəbərə görə, baş məşqçinin hazırkı komandasına uyğunlaşmaqda çətinlik çəkdiyi iddia edilir.

Kembric Universitetində danışan 66 yaşlı baş məşqçi bunları qeyd edib: “Bu liqada çalışmaqdan böyük məmnunluq duyaram. İngitlərə futbolunda nədən darıxdığımı soruşsanız, stadionların dolu olmasından deyərəm”

Bu açıqlamaların ardından “Mançester Siti” və “Çelsi”nin Kopellonun kluba gəlməsi üçün hazırlıqlara başladığı məlum olub.

Qeyd edək ki baş məşqçi, bir il öncə Con Terrinin kapitanlıq sarğısının əlindən alınması səbəbindən İngilətərəni milli komandasını tərk edib.

Son xəbərlər