Vaqif Sadıqov: "Qəbələ" ilə sonadək mübarizə aparacağıq"

Vaqif Sadıqov: "Qəbələ" ilə sonadək mübarizə aparacağıq"
XƏBƏR 23 Fevral 2013 / 21:36 2210
-  A +

“Kəpəz”in güclü müqavimət göstərəcəyini bilirdik, komandanı buna hazırlamışdıq. Oyunu əks-hücumlardan qurub üç qol vurduq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 21-ci turunda “Kəpəz”ə qalib gəldikləri (3:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi qarşıdakı oyun haqqında da danışıb: “ Artıq bu oyunu unuduruq."Qəbələ” ilə qarşıdakı oyunu düşünəcəyik. Altılıq şansımız davam edir, “Qəbələ” ilə oyunda son dəqiqəyədək mübarizə aparacağıq”.

Son xəbərlər