"İnter"ə qol vurmaq çox çətindir"

"İnter"ə qol vurmaq çox çətindir"
XƏBƏR 22 Fevral 2013 / 17:24 2039
-  A +

“Sabahkı oyunda bizə qələbə daha çox lazımdır. Çünki, qalib gəlsək “İnter”dən bir xal öndə olacağıq. Uduzsaq, rəqib turnir cədvəlində bizdən uzaqlaşacaq.  Final mərhələsinə lider kimi başlamq istəyirik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo bu gün keçirilən “İnter”lə oyun qabağı mətbuat konfransında deyib.

Braziliyalı futbolçu rəqib haqda da danışıb: “İnter”ə qarşı oyunumuz həmişə çətin alınır. Çünki rəqib yaxşı müdafiə olunur. Onlara qol vurmaq çox çətindir. “İnter”in heyətində 11 nömrəli futbolçu – Asif Məmmədovun oyunu xoşuma gəlir”.

Son xəbərlər