Rəşad Sadiqov: "Birinci yer üçün darıxmışıq"

Rəşad Sadiqov: "Birinci yer üçün darıxmışıq"
XƏBƏR 22 Fevral 2013 / 17:08 2227
-  A +

“Sabahkı oyun bizim üçün çox vacibdir. Çox istəyirik ki, qələbə qazanıb türnir cədvəlində birinci yerə qalxaq. Həm biz,həm də klub rəhbərliyi birinci yer üçün darıxmışıq. Neçə vaxtır ki, turnir cədvəlinə başçılıq etmirik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov “İnter”lə oyun qabağı təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli kapitan oyunun asan olmayacağını bildirib: "Bilirik ki, “İnter”ə qarşı bizi asan oyun gözləmir. Rəqibin güclü müdafiəsi var.  Yaxşı əks-hücumlar təşkil edirlər. Komanda  şəklində yaxşı təsir bağışlayırlar. Lakin  fərdi oyun göstərən oyunçuları çox azdır. Adamiyanın adını qeyd edə bilərəm. O da sabah meydana çıxmayacaq.  Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Son xəbərlər