Mahmud Qurbanov: "Hər iki tərəf meydanda güzəştsiz mübarizə aparacaq"

XƏBƏR 22 Fevral 2013 / 15:59 1380
-  A +

"Həftə boyu AZAL-la görüşə hazırlaşmışıq. Futbolçular məşq prosesində verilən tapşırıqları yerinə yetiriblər. Futbolçularım məşqdə özlərini yaxşı tərəfdən göstərsələr də, oyun zamanı fərqli çıxış edirlər. Onlarla bu barədə danışmışıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri sabah keçirələcək  Topaz Premyer Liqanın 21-ci turunun AZAL -“Kəpəz” oyunu ərəfəsində Gəncə komandasının  baş məşqçisi Mahmud Qurbanov klubun saytına açıqlamasında deyib.

Mahmud Qurbanov matç haqda fikirlərini də bildirib: "Çətin oyun olacaq. Rəqib ilk altılığa düşmək üçün mübarizə aparır. Əsas məqsədləri budur. Biz də uğur qazanmaq istəyirik. Xallara ehtiyacımız var. Ardıcıl oyunlarda yaxşı çıxış edə bilməmişik. Ona görə də düşünürəm ki, istəyinə çatmaq üçün hər iki tərəf meydanda güzəştsiz mübarizə aparacaq".

Son xəbərlər