Azərbaycanlı hakim-inspektor Avropa çempionatının oyunlarında

XƏBƏR 22 Fevral 2013 / 12:45 1583
-  A +

Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.

Oyunları martın 27-də start götürəcək bu qrupda Finlandiya, İtaliya, Macarıstan və Monteneqro milliləri mübarizə aparacaq. Qrupun qarşılaşmaları İtaliyada keçiriləcək.

Son xəbərlər