Radamel Falkao: “Çox əsəbiyəm”

Radamel Falkao: “Çox əsəbiyəm”
XƏBƏR 22 Fevral 2013 / 12:43 2613
-  A +

“Atletiko”nun (Madrid) futbolçusu Radamel Falkao UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Rubin”ə (Kazan) qarşı keçirilən dünənki oyundan sonra açıqlamalar verib.

Qol.Az-ın “Marca” qəzetinə istinadən verdiyi məlumata görə, kolumbiyalı hücumçu  komandasının qrupu tərk etməsindən əsəbiləşdiyini deyib: “Moskvaya Madriddə uduzduğumuzun oyunun əvəzini çıxmaq üçün gəlmişdik. İlk matçda 0:2 hesabı ilə məğlub olsaq da, növbəti mərhələyə keçəcəyimizə inanırdıq. 90 dəqiqə ərzində meydanın hər yerində top bizdə idi. Buna baxmayaraq, istədiyimiz qədər qol vura bilmədik. 1:0 hesabı ilə qalib gəlsək də, ümumi nəticədə uduzduq ki, buna görə də çox məyusuq”.

Qeyd edək ki, dünənki oyunda “Atletiko”nun yeganə qolunu R.Falkao vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner