“Bakı”nın qolu avtoqol kimi qeydə alındı

XƏBƏR 22 Fevral 2013 / 11:23 1637
-  A +

Topaz Premyer Liqasının 20-ci turunun “Bakı” – AZAL qarşılaşmasınında ev sahibi komandanın vurduğu birinci qol avtoqol kimi qeydə alınıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, vurulan qolun müəllifi kimi Aqil Nəbiyev göstərilib. Lakin oyunun videoyazısına təkrar baxıldıqdan sonra qolun AZAL-ın oyunçusu Juan Fransisko tərəfindən vurulduğu müəyyən olunub. Bununla bağlı oyun protokoluna müvafiq dəyişiklik edilib.

Qeyd edək ki, görüşü sabiq FİFA hakimi Vüsal Əliyev idarə edib.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner