“Milan”ın baş məşqçisi: “Futbolçularıma demişdim ki...”

“Milan”ın baş məşqçisi: “Futbolçularıma demişdim ki...”
XƏBƏR 21 Fevral 2013 / 16:02 2868
-  A +

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona”ya 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra açıqlama verib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu qələbədən çox məmnun olduğunu deyib: “Rəqibə qol şəraiti yaratmağa imkan vermədik. İlk hissədə ötürmələrdə çətinlik çəksək də, ikinci hissədə hər şey istədiyimiz kimi oldu. Futbolçularıma böyük istəklə oynayarlarsa, uduzmayazaqlarını demişdim. Onlar da bunu yaxşı bacardılar”.

45 yaşlı məşqçi cavab görüşü haqqında da danışıb: “İndi yalnız cavab görüşünə hazırlaşmalıyıq. Oyunçularımla bərabər artıq sadəcə “Nou Kamp”dakı oyunu düşünəcəyik”.

Son xəbərlər