"Sumqayıt" "Turan"la oyuna hazırlaşır

"Sumqayıt" "Turan"la oyuna hazırlaşır
XƏBƏR 20 Fevral 2013 / 13:47 1388
-  A +

Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Turan"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.

Qol.Az-ın klub saytına istinadən verdiyi məlumata görə, Bayıl Arena-da məşqə çıxan komandanın heyətində zədəli futbolçu yer almır. Zədə səbəbindən "Qarabağ"la qarşılaşmada iştirak etməyən Murad Ağayev də artıq sıraya qayıdıb. Əvəzedici heyətin üzvü Fərid Kərimzadə də hazırda əsas komanda ilə hazırlaşır.

Qeyd edək ki, "Sumqayıt" - "Turan" oyunu fevralın 24-də saat 15:00-da Bayıl Arenada başlayacaq.

Son xəbərlər