İbrahimoviç: “Bavariya”da oynaya bilərəm”

İbrahimoviç: “Bavariya”da oynaya bilərəm”
XƏBƏR 20 Fevral 2013 / 12:14 2388
-  A +

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç futbolçu karyerasını Almaniyada davam etdirmək istəyir.
QolAz-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, İsveç millisinin hücumçusu  Münhen “Bavariya”nın onu istəyəcəyi təqdirdə bu klubun formasını geyə biləcəyini söyləyib.

“Bundesliqa məni cəzb edən liqalardan biridir. Bəlkə bir gün orada forma geyə bilərəm. Karyeramı bitirmək üçün hələ zamanım var. Almaniyaya getsəm, əlbəttə ki, klubum “Bavariya” olar” - deyə o, Münhen təmsilçisinə mesaj yollayıb.


 


Son xəbərlər