“Atletiko” “Rubin”lə oyuna ikinci heyətlə getdi

XƏBƏR 19 Fevral 2013 / 17:22 3240
-  A +

Madrid “Atletiko”su fevralın 21-də “Rubin”lə keçirəcəyi Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununa əsas futbolçularının əksəriyyətini aparmayıb. Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.

Moskvaya aparılmayan futbolçular Kurtua, Asenxo, Mankilyo, Kata Dias, Miranda, Sisma, Saul, Kader, Qallas, Ndoye, Mario Suares, Raul Qarsiya, Borxa, Kalero, Adrian və Falkaodur.

Qeyd edək ki, “Rubin” – “Atletiko” oyunu fevralın 21-də “Lujniki” stadionunda baş tutacaq.

Bu komandaların Madriddəki ilk oyununda “Rubin” 2:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər