“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski “Qəbələ”(2:1) ilə keçirilən oyunu şərh edib.
Qol.Az-ın məlumatına görə o, klubun saytına verdiyi müsahibəsində bir sıra sualları cavablandırıb.
-“Qəbələ” ilə keçirilən matç çox çətin oldu, ancaq buna baxmayaraq komanda qələbə əldə etməyi bacardı. Bu qarşılaşma barədə fikirlərinizi bilmək istərdik.
-“Qəbələ” çox yaxşı komandadır, güclərini bizə göstərdilər. Lakin düşündüyümüzü həyata keçirə bildik. “İnter” vəziyyətlərindən istifadə etdi və layiqli qələbə qazandı. İkinci hissədə biz yaxşı oynadıq, fasilədən sonra biz qonaqlara hər hansı bir şans vermədik.
-İlk hissənin gedişində “İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyun sxemini dəyişdi. Belə ki, 5 müdafiəçilə oyuna başlayan komandamız artıq birinci hissənin gedişində 4 futbolçuyla ənənəvi müdafiə xətt oyununa keçdi. Bilmək istərdik, bu dəyişiklik komandanın oyununa necə təsir göstərdi?
-Hər şey çox sadədir. Bizim baş məşqçimiz var, hansı ki, bizim necə oynamağımıza o qərar verir, oyununun gedişində oyun sxemini dəyişdirir və futbolçular da onun düşündüklərini reallığa çevirməlidirlər. “İnter”in heyətində müxtəlif taktiki sxemlərlə hərəkət etməyi bacaran kifayət qədər məharətli futbolçular var. Ümumilikdə, hesab edirəm ki, biz rəqibdən daha yaxşı görünürdük və layiqli olaraq növbəti üç xalı qazandıq.
-“Xəzər-Lənkəran”la səfər matçından sonra verdiyiniz müsahibələrinizin birində qeyd etmişdiniz ki, rəqib komandanın çalışdırıcısının və oyunçularından birinin KİV-ə dedikləri sözlər sizə müəyyən motivasiya vermişdi. Maraqlıdır, bəs “Qəbələ” ilə matçda sizə motivasiya verən nə oldu?
-Bu dəfə bizə turnir cədvəli motivasiya verdi. Axı indiki vəziyyətdə bizim üçün hər xal vacibdir. Bizə xal toplamaq lazımdır ki, özümüzü daha yaxşı hiss edək. Cari mövsümdə turnir cədvəli çox sıx görünür və belə vəziyyətdə hər qazanılan xalın qiyməti daha böyükdür.
-Artıq gələn turda “İnter”i “Neftçi”yə qarşı çətin oyun gözləyir. İlk dövrədə keçmiş komandanıza qarşı oynaya bilmədiniz, ancaq bu dəfə meydançaya çıxa biləcəksiniz. Bilmək istərdik, çempionatın liderlərinin qarşıdakı oyunu barədə nə düşünürsünüz?
-İndi bizi kiçik istirahət gözləyir. “Qəbələ” ilə çətin matçdan sonra dincəlməliyik, sonra “Neftçi” ilə oyuna hazırlaşmağa başlayacağıq. “Neftçi” ilə matça maksimal dərəcədə konsentrasiyayla yanaşmaq lazımdır. Bu oyun hər iki komanda üçün çox çətin və azarkeşlər üçün çox maraqlı olacaq. Biz növbəti üç xalı qazanmağa çalışacağıq.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı