Millimizin baş məşqçisi Moldova ilə oyundan danışdı

XƏBƏR 15 Fevral 2013 / 01:07 1375
-  A +

 “Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. İnkişaf var. Komandanın hazırlığı pis deyil. Rəqibə gəlincə, Moldova yığması gənc və yaxşı komandadır. Aqressiv oynadılar".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün keçirilən Azərbaycan - Moldova (6:1) oyunundan sonra deyib.

Braziliyalı mütəxəssis növbəti oyun barədə də danışıb: "Qarşıda Belarus yığması ilə final oyunumuz var. Çətin oyun olacaq. Finalda belaruslu futzalçılarla oynayacağımızı ehtimal edirdik. İndi qalib gəlmək qalır”.

Son xəbərlər