"Azərbaycan millisinə qarşı bacardığımız kimi oynadıq"

XƏBƏR 15 Fevral 2013 / 00:48 1596
-  A +

 VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Moldova (6:1) oyunundan sonra Moldova milli komandasının baş məşqçisi Vladimir Vusati mətbuata açıqlama verib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi bunları bildirib:

“Rəqibimiz güclü idi. Azərbaycan millisinə qarşı bacardığımız kimi oynadıq. Komandamız gəncdir, bəzi oyunçular həyəcanlı idi. Millimizdə nəsildəyişmə prosesi gedir. Ötən seçmə mərhələdə oynayan futzalçılardan indiki heyətdə cəmi dörd oyunçu qalıb”.

Son xəbərlər