Premyer Liqanın dörd oyunu canlı yayımda

XƏBƏR 14 Fevral 2013 / 12:38 3012
-  A +

Azərbaycan Premyer Liqasının bu həftə keçiriləcək 20-ci turunun dörd oyunu canlı yayımlanacaq.

Peşəkar Futbol Liqasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, fevralın 16-da keçiriləcək “Qarabağ” – “Sumqayıt”, “Bakı” – AZAL və fevralın 17-də baş tutacaq “Simurq” – “Neftçi”, “İnter” – “Qəbələ” oyunları “İdman Azərbaycan” kanalı ilə birbaşa nümayiş etdiriləcək.

Hələlik oyunların başlama saatı açıqlanmayıb.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner