Premyer Liqanın XIX turunun “İnter”lə oyunu beş futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub. Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, matça start heyətində çıxan Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva və sonradan meydana daxil olanlar – Marin Orsuliçlə Uğur Pamuk ağ-yaşıl formada ilk rəsmi qarşılaşmasını keçirib.
Bununla da klub tarixində bu formanı geyənlərin ümumi sayı 157-yə çatıb. Bu qarşılaşmayadək komandamızda oynamaq 152 futbolçuya nəsib olmuşdu.
Mövsümün arxada qalan hissəsində daha səkkiz futbolçu “Xəzər Lənkəran”da debüt edib. Mövsümün ilk 18 turunda Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas və Akif Tağıyev bunu bacarıb. Bir sözlə mövsümün debütantlarının sayı 13-ə çatıb.
İndiyədək milliləşənlər də nəzərə alınmaqla 92 legioner və 60 yerli oyunçu komandamızın şərəfini qorumuşdu. “İnter”lə 5 qolu vurulduğu matçdan (2:3) sonra bu siyahıya 4 legioner və 1 yerli əlavə olundu. Bununla da legionerlərin ümumi sayı 96-ya, yerlilərinki isə 61-ə çatdı.
İspaniyalılar Antonio Doblas və Alvaro Silva debüt etməklə “Xəzər Lənkəran” tarixində bu ölkə təmsilçilərinin sayını 3-ə çatıdırb. Onlara qədər Mario Rosas buna nail olmuşdu. Marin Orsuliç isə Roberto Alvizdən sonra 2-ci xorvatiyalı oldu. Milliləşən Uğur Pamuk isə Almaniya futbolunun komandamızdakı ilk yetirməsidir. Bununla da Almaniya “Xəzər Lənkəran”da təmsil olunan 34-cü ölkə oldu: Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı