Əfqan Talıbov "Bakı"ya məğlubiyyətdən danışdı

Əfqan Talıbov "Bakı"ya məğlubiyyətdən danışdı
XƏBƏR 13 Fevral 2013 / 19:01 2171
-  A +

“Yalnız ilk 30 dəqiqədə səhvsiz oynadıq. Buraxılan ilk qoldan sonra oyunumuz pozuldu, səhvlər artdı.
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan" klubunun baş məşqçisi Əfqan Talıbov bu keçirilən Premyer liqanın 16-cı turundan  təxirə salınmış "Turan" - "Bakı" (0:4) oyunundan sonra deyib.

O, qeyd edib ki, fasilədəki əvəzetmələrlə dönüş yaratmağa çalışıblar. "Lakin qapımıza vurulan qollar komandanı tamamilə ruhdan saldı. Qarşıda “Xəzər Lənkəran”la səfər oyunumuz var, çox çətin olacaq. Həmin oyunda xal qazanmalıyıq”.

Son xəbərlər
15.01.26  10:35

"Bavariya"da ciddi itki