Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının tam siyahısı artıq müəyyənləşmək üzrədir.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, turnirdə yer almaq üçün dəvət alan daha iki klub - Ukrayna təmsilçisi "Şaxtyor" və ölkəmizi turnirdə təmsil edəcək digər komanda "Bakı" rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl üç komanda – İspaniya "Barselona"sı, Türkiyə və Rusiya təmsilçiləri “Beşiktaş” və “Zenit” turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may – 2 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
Xatırladaq ki, ilk turnir 30 may – 4 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində
Konate "Liverpul"dan gedir
Messinin 6-cı dünya çempionatı
Kassano özünü “Qızıl top” sahiblərindən üstün sayır