"Bu turnirdə əsas rəqibimiz Belarus yığmasıdır"

XƏBƏR 13 Fevral 2013 / 00:22 1495
-  A +

“İkinci hissəyə nisbətən ilk yarıdakı oyunumuz daha yaxşı təsir bağışladı. Fasilədən sonra müəyyən qədər fərqli oynadıq. Ümumilikdə oyundan razı qaldım. Eyni zamanda, bu gün Özbəkistan yığmasını məğlub etmiş ikinci yığmamızı da qeyd etmək istərdim. Avropa çempionatının seçmə mərhələsi zamanı həmin heyətdən əsas milliyə bəzi oyunçular cəlb oluna bilər. Seçim imkanının geniş olması müsbət haldır.

Qol.Az-ın məlumatına görə, bu sözləri VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Latviya (6:1) oyunundan sonra futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva deyib. Baş məşqçi millimizə  rəqib gördüyü komandanın adını da açıqlayıb:

"Bu turnirdəki əsas rəqibimizin Belarus yığması olduğunu düşünürəm”.

Son xəbərlər
topaz banner