"Kəpəz"in adı var"

"Kəpəz"in adı var"
XƏBƏR 12 Fevral 2013 / 18:44 2506
-  A +

"Kəpəz"in yeni transferi Cəmşid Məhərrəmov "Neftçi" ilə oyun haqda klubun saytına açıqlama verib.

Qol.Az-ın xəbərinə görə, paytaxt klubu ilə görüşdə "Kəpəz"in heyətində  debüt edən futbolçu məğlubiyyətə yol açan səbəblər barədə danışıb: "Oyunun ağır olacağını bilirdik. Uzun müddətdir ki, bir yerdə oynayan futbolçulardan qurulmuş kollektivə qarşı mübarizə apardıq. Az da olsa, rəqibə öz oyunumuzu göstərə bildik. Bizim komandada yeni oyunçular, xüsusən də gənclər çoxdur. Uyğunlaşma baxımından hələ bir-birimizə tam öyrəşə bilməmişik. Çalışacağıq ki, qarşıda oyunlarda daha yaxşı çıxış edək".

Müdafiəçi köklü kluba keçdiyini və komandasının uğursuzluğuna son qoyması üçün əlindən gələni edəcəyini bildirib: "Kəpəz"in adı var. Klubun əvvəlki mövqeyini özünə qaytarmalıyıq. Komandanın daha yaxşı çıxış edəcəyinə, irəliyə gedəcəyinə inanıram. Elə bu ümidlə də kluba gəlmişəm. Bura vaxt keçirməyə yox, futbol oynamağa, komandanın uğurlu çıxışı üçün əlimizdən gələni etməyə gəlmişik. Qarşıdakı oyunlarda daha yaxşı "Kəpəz"i görə biləcəksiniz".


Son xəbərlər
topaz banner