Premyer Liqasının ikinci mərhələsinə “Bakı” heç-heçəsi ilə başlayan (1:1) “Sumqayıt” “Qarabağ”la qarşılaşmanın hazırlığına start verib. Qol.Az-ın məlumatına görə, "Zolaqlılar”la görüşdə meydanda ən yaxşılardan olan Sabir Allahquliyev klubun rəsmi saytına müsahibə verib.
- Necə fikirləşirsən, “Sumqayıt” “Bakı” ilə qarşılaşmada iki xal itirdi, yoxsa bir xal qazandı?
- “Sumqayıt” ölkə xaricində hazırlaşmasa da, komandamızın paytaxtda yüksək səviyyədə təlim-məşq toplanışı keçdiyini düşünürəm. Beş həftəlik hazırlıq prosesində var qüvvəmizlə çalışıb Premyer Liqanın ikinci mərhələsinə start verdik. Uşaqlar “Bakı” ilə qarşılaşmada meydanda bütün güclərini sərf etdilər. Rəqibdən üstün oynadıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Düşünürəm ki, “Bakı” kimi komanda ilə qazanılan bir xal bizim üçün önəmlidir.
- Vurulan qolda sənin əməyin böyük idi, yoxsa Orxan Əliyevin?
- Futbol komanda oyunudur. Meydanda hər kəs uğur qazanmaq üçün çalışmalıdır. Vurulan qolda hər ikimizin əməyi var. Həmin anda başımı qaldırıb Orxanın boş mövqedə qərarlaşdığını gördüm. O da ötürməni layiqincə dəyərləndirdi.
- Komandaya yeni qoşulan futbolçular barəsində nə deyə bilərsən?
- Dövrələrarası fasilədə heyətə dörd futbolçu cəlb olundu. Biri qapıçı Tərlan Əhmədli olmaqla, Mirzağa Hüseynpur, Can Akgün və Eldar Cankişiyev məşqlərdə özlərini yaxşı tərəfdən göstərə biliblər. Lakin hazırlıq prosesinə nisbətən gec qoşulduqları üçün onlara müəyyən qədər vaxt lazımdır. Bir-iki qarşılaşmadan sonra yeni transferlər də komandaya tam uyğunlaşacaq.
- “Sumqayıt”ı həftəsonu çətin “Qarabağ” səfəri gözləyir. Bu qarşılaşmada komandanın əsas məqsədi nə olacaq?
- “Qarabağ” Azərbaycan Premyer Liqasının ən güclü klublarındadır. Milli komandamızın əksər üzvləri bu klubun formasını geyinir. Lakin biz də heç kimdən çəkinmirik. “Bakı” ilə görüşdə bunu göstərdik. Oyunun bizim üçün çətin keçəcəyini bilirik. “Sumqayıt” “Qarabağ”la görüşə uğur qazanmaq üçün çıxacaq. Ən azı bu qarşılaşmada bir xal qazanıb “altılıq” şanslarımızı saxlamaq istəyirik.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı