Sonuncu yazımdan sonra çoxları məndən “Was für das Spiel”in mənasını soruşurdu. Halbuki yazının sonunda tərcüməsini qeyd etmişdim. Başlığı niyə məhz almanca qoymağımın səbəbi belədir ki, Foqts onsuz da azərbaycanlı jurnalistlərə yuxardan aşağı baxır. O bizi bəyənmədiyi halda çətin ki, yazılarımızı da oxuya.Amma inanıram ki, öz dilində bir şey görsə, dərhal maraqlanacaq. Özümə söz vermişəm ki, futbolumuz “almanlaşdırılmadan” canını qurtarmayınca, bütün yazılarımın başlığını almanca qoyacağam.
Vallah, Foqtsun azərbaycanlı jurnalistlərə yuxarıdan aşağı baxmasını özümdən uydurmuram.Uelslə oyundan qabaq keçirilən mətbuat konfransında buna bir daha şahid oldum.Tədbirin qızğın yerində Foqts, Mikayıl Nərimanoğluna (AFFA-nın mətbuat katibi) saatını göstərdi. Bilmirəm saatını təzə almışdı, ya nə idisə, üstündən 2 dəqiqə keçməmiş Mikayıl müəllim dedi ki, “bəsdi, mətbuat konfransı qurtardı”. Bizim də bəzi suallarımız qaldı ürəyimizdə. Dedik əşşi, nə olar, qoy getsin, vaxtı azdı da, tələsir, sabah oyundu. Amma bu anda xarici bir jurnalist Foqtsa yaxınlaşdı və ona sualları olduğunu dedi. Foqts da böyük məmnuniyyətlə sualları uzun-uzadı cavablandırdı. İndi deyin, mən düz deyirəm, ya səhv?
Əslində Uelslə dünənki oyundan yazmaq istəyirəm. Amma bilmirəm nədən başlayım...Yorulmuşuq artıq hamımız - biz Foqtsu haqlı şəkildə tənqid etməkdən, siz oxucular da oxumaqdan. Amma neyləmək olar, daş qayaya rast gəlib. Foqts hələ ki, kreslosundan ikiəlli yapışıb.
Foqts futbolçu kimi dahi ola bilər, amma məşqçi kimi sıradan biridi. Oyunqabağı son məşqdə kişinin oğlu səsini başına qatmışdı ki, hamı çıxsın stadiondan. İstəyinə uyğun olaraq, azarkeşləri də, jurnalistləri də dərhal oradan uzaqlaşdırdılar. Dedik ki, bu da qəbul. Yəqin start heyətini ayrıca məşq etdirəcək, istəmir ki, rəqib bundan xəbər tutsun və s. və i.a. Amma dünən oyunun protokolu əlimə keçəndə gördüm ki, yox, zənnimdə yanılmışam. Çünki Foqtsun meydana buraxdığı start heyətini bəndəniz məşqə 15 dəqiqə baxdıqdan sonra, 1 gün əvvəldən müəyyənləşdirmişdi (Qol.Az-ın diqqətli oxucuları yəqin bunu bilirlər) Söhbət burda məndən yox, Foqtsun səriştəsizliyindən gedir. Çünki futboldan, hazırlıq sistemindən az-çox başı çıxan adam oyunqabağı son məşqi izləməklə dərhal millinin start heyətini müəyyənləşdirə bilərdi.
Oyundan sonra yaşananlar da maraqlı idi. Halal olsun həmkarlarıma. Kişi kimi verdikləri sözün üstündə durdular. Foqts mətbuat konfransına girər-girməz, elə ağzını təzəcə açmışdı ki, hamımız bir nəfər kimi durub, çıxdıq salondan. Bu bizim Foqtsa qarşı etirazımız idi. Yalnız tək-tük həmkarlarım qalmışdı ki, onlar da ya AFFA-nın mətbuat orqanına, ya da assosiasiyaya yaxın olanlar idi. Amma Toşak alqışlarla qarşılandı. Çünki o Bakıya uşaq-muşaqla gəlsə də, qələbə qazanmağı bacardı. Sonda Toşakın doğma dilimizdə “çox sağ olun” deməsi isə Foqtsa qarşı olan antipatiyamı bir qədər də artırdı. Çünki alman 1 ildən çoxdur ölkəmizdə olsa da, hələ eşitməmişəm ki, hansısa kəlməni doğma dilimizdə desin.
O ki qaldı oyuna... Milli Uelslə pis oynadı. Kimlərsə deyə bilər ki, “nə danışırsan, ikinci hissə rəqibi sıxmışdıq qapısına”. Vallah, boş söhbətlərdi. İkinci hissədə millimiz yaxşı oynamadı, sadəcə olaraq, Uels bizə oynamaq imkanı verdi. Çünki artıq onlar lazım olan qolu vurmuşdular. Bilirdilər ki, bizimkilər qol vuran deyil. Ona görə də rahat çəkilib arxaya müdafiə olunurdular. Əgər Uels birinci hissədə qol vurmasaydı, ikinci hissədə də hücum edəcəkdi. İnanın, dünən Uelsə 3 qol lazım olsaydı, o qədər də vuracaqdılar.
Qoldan söz düşmüşkən, bayaq oxudum, ruslar əməlli-başlı millimizlə məzələniblər. Cənab Foqts, sizcə 5 oyunda qol vura bilməyən millidən Almaniya ilə oyunda qol gözləməyin başqa adı var?
“Mən Azərbaycana ikra yeməyə gəlməmişəm” deyirsiz. Bəs nəyə gəlmisiz? Camaatın əsəbləriylə oynamağa? Çörəyimizi yeyib, bizə yuxarıdan aşağı baxmağa? Futbolçularımızı tənqid eləməyə? Məgər gələndə bilmirdiz ki, hara gəlirsiz? Yoxsa azərbaycanlı futbolçuların qeyri-peşəkarlığı indi yadınıza düşdü? Türkiyəylə oyundan sonra həmkarım Anar Şabanoğlu “Berti Foqts çıx get, Azərbaycandan!” deyirdi. Dünənki oyundan sonra mən də ona qatılıram.
İbrahim CƏFƏROV
P.S. Berti Fogts entfernt aus Aserbaidschan! Almancadan Azərbaycan türkcəsinə tərcümədə “Berti Foqts, çıx get Azərbaycandan" deməkdir.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi