Mahmud Qurbanov narazıdır

XƏBƏR 9 Fevral 2013 / 18:09 2259
-  A +

“Bugünkü oyunda təcrübə öz sözünü dedi. Komandamız toplanışa gec yığıldı. Transferlərimiz uğurlu alınmadı. Məcburiyyətdən gənclərə yer verdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 19-cu turunda “Neftçi”yə 0:3 hesabı ilə uduzduqların oyundan sonra deyib.

O qeyd edib ki, “Neftçi” daha hazırlıqlı olub: “Rəqib oyunçular fərdi ustalıqları baxımından da bizi üstələdi. Qapıçı problemi yaşayırıq. Fasilədə yaxşı qolkiper tapa bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq. Xallar qazanıb, bu vəziyyətdən çıxmağa çalışacağıq”.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner