”Xəzər Lənkəran” argentinalı hücumçu ilə müqavilə imzaladı

”Xəzər Lənkəran” argentinalı hücumçu ilə müqavilə imzaladı
XƏBƏR 9 Fevral 2013 / 15:37 4517
-  A +

"Xəzər Lənkəran" argentinalı futbolçu Luçano Esteban Olginlə müqavilə imzalayıb. Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Otuz yaşlı hücumçu ilə müqavilənin müddəti 1,5 ildir.
 
Luçano 2004-cü ildə Argentinanın “Reysinq” və “San Martin” klublarında oynayıb. 2005-ci ildən başlayaraq o, Belçika çempionatında çıxış etməyə başlayıb və bu ölkənin “Royal Antverp” (2005-2008) və “KSK Beveren” (2008-2009) klublarının şərəfini qoruyub. 2009/10 mövsümündə Luçano Yunanıstanın “Pierikos” klubunda oynayıb. 2010-cu ildən başlayaraq Olgin Çin çempionatında çıxış edib. Onun oynadığı son klublar “Tianjin Teda” və “Hohhot Dongjin” olub.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner