“Rəvan” daha iki futbolçunu baxışdan keçirir. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bunlardan biri yaponiyalı müdafiəçi Naoya Şibamuradir. Özbəkistan "Buxara”sından gələn asiyalı arxa xətt oyunçusu hələ ki özü barəfə müsbət fikir formalaşdıra bilib.
Düşərgədə baxışdan keçirilən digər futbolçu isə Litva millisinin üzvüdür. Fevralın 28-də 29 yaşını qeyd edəcək Mindauqas Kalonas "Jalgiris”in yetirməsidir. Gənc yaşlarında Moskva "Dinamo”su, "Saturn” və "Rubin”in əvəzedicilərdən ibarət komandalarında çıxış etmiş litvalı yarımmüdafiəçi özünü Latviyanın "Metallurq” klubunda ən yaxşı tərəfdən göstərib.
Liepayada təmsilçisinin heyətində çempionatda keçirdiyi 55 oyuna 15 qol vurmağı bacarıb. Üstəlik, 2005-ci ildə Latviya çempionu, 2006-cı ildə isə Latviya kubokunun qalibi olub. Onun dövründə "Metallurq” ən pis halda çempionatda 2-ci olub.
Uğursuz "Kuban” macərasından sonra xavbek Latviyanın "Riqa”, İrlandiyanın "Bohemians” komandalarında da top qovub. Sonuncuların heyətində 2008-ci ildə həm ölkə çempionu olub, həm də kuboku qazanıb. Kalonas İrlandiya kubokunun finalında oynamış ilk litvalı kimi də tarixə düşüb. 2009-12-ci illər ərzində Ukrayna premyer liqasında çıxış edən Zaporojye "Metallurq”unun şərəfini qorumuş futbolçunun son "dayanacağı” Polşanın I divizion təmsilçisi "OKS Stomil” olub.
Mindauqas 2006-2010-cu illərdə Litva millisinin heyətində 35 matçda forma geyib və 2 dəfə fərqlənib. Maraqlıdır ki, o, qollarının hər ikisini DÇ-2010-un seçmə turnirində vurub. 177 sm boya, 72 kq çəkiyə malik Kalonas Rumıniya və Serbiya komandalarını məyus edib.
Qeyd edək ki, həm Şibamura, həm də Kalonas ilə bağlı yekun qərar yaxın 2-3 günə veriləcək.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video