Avropa Klublar Assosiasiyası avrokuboklarla bağlı klublar arasında keçirdiyi sorğunun nəticəsini açıqlayıb.
Qol.Az-ın “Reuters”ə istinadən yaydığı xəbərə görə, səsverməyə qatılanların 92 faizi Çempionlar Liqası və Avropa Liqasının hazırkı formatının saxlanılmasına tərəfdar çıxıb. Bildirilir ki, dörd klubdan üçün mövcud sistemdən ya “razı”, ya da “tam razı” qaldıqlarını ifadə edib.
Klublar yalnız onu təklif ediblər ki, gələcəkdə Avroliqanın qalibi olan komanda növbəti mövsümdən Çempionlar Liqasının qrup mərhələsində oynasın. Bu ideyanı sorğuya qatılanların 61 faizi dəstəkləyib.
Qeyd edək ki, Azərbaycandan Avropa Klublar Assosiasiyasında “Bakı” və AZAL təmsil olunur.
Yeri gəlmişkən, UEFA klublarla bağlı qərar verərkən Avropa Klublar Assosiasiyasının rəyini mütləq şəkildə nəzərə alır.
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində