Millimizin rəqibinin qapıçısı döyüldü

XƏBƏR 6 İyun 2009 / 15:11 2258
-  A +

Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Finlandiya milli komandasının qapıçısı Niki Maenpyaa döyülüb. Qol.Az-ın “Sovetski Sport”a istinadən verdiyi məlumata görə, “suomilər”in əvəzedici qopkiperi Helsinkidə hücuma məruz qalıb. Təcrübəli qapıçı bu haqda deyib: “Helsinki şəhərinə getmişdim. Yolun ortasında üstümə hücum çəkdilər. Dava-dalaşı başlayan mən olmadım. Heç kimi vurmadım da. Amma onlar məni vururdular. Dizimdən elə zədələnmişəm ki, heç məşq də edə bilmirəm. Təəssüf ki, aradabir belə şeylər də olur. Nə etmək olar. İndi tez sağalmağımı gözləməli və millimizə uğur arzulamaqdan başqa heç nə edə bilmərəm”.
Finlandiya millisinin baş məşqçisi Stüart Bakster Nikini Otto Fredrikssonla əvəzləyib.

Son xəbərlər