“İnter” Bakıda məşqi bərpa etdi

XƏBƏR 7 Fevral 2013 / 00:04 1255
-  A +

Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə qayıdan "İnter" məşq prosesini yenidən bərpa edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fevralın 6-da "Şəfa" stadionunda bir araya gələn komanda növbəti oyunun hazırlıqlarına başlayıb.

Xatırladaq ki, "İnter" Premyer Liqanın 19-cu turunda "Xəzər Lənkəran"la qarşılaşacaq. Oyun Lənkəran şəhər stadionunda saat 16.00-da başlanacaq.


Son xəbərlər
15.01.26  10:35

"Bavariya"da ciddi itki