Nikolay Svejentsev: “Mahmud Qurbanov qeydlər apardı”

XƏBƏR 6 Fevral 2013 / 18:02 1583
-  A +

"Çempionat oyunlarına hazırlaşırıq. Məşq şəraitimiz yaxşıdır. Hər bir futbolçu məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməklə, öz üzərinə düşən işin öhdəsindən maksimum şəkildə gəlməyə çalışır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in legioneri Nikolay Svejentsev klubun saytına bildirib.

“Yoxlama oyunlarında gücümüzü sınadıq. Baş məşqçimiz Mahmud Qurbanov oyunçuların hazırlıq səviyyəsinə nəzər yetirib, yəqin ki, özü üçün qeydlər apardı. Heyətdə baxışda olanlardan oyunu ilə seçilənlər komandaya cəlb olundu. Qış fasiləsindən sonra daha yaxşı çıxış etmək əsas məqsədimizdir" – deyə o qeyd edib.


Son xəbərlər
15.01.26  10:35

"Bavariya"da ciddi itki