"Anderlext"in futbolçusu rəsmən "Qarabağ"da

"Anderlext"in futbolçusu rəsmən "Qarabağ"da
XƏBƏR 6 Fevral 2013 / 15:40 2870
-  A +

Daha öncə Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiçi sıralarına qatan "Qarabağ" daha bir keçidi reallaşıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ" Belçikanın  məşhur klubu olan "Anderlext"dən Reynaldo Dos Santos Silvanı transfer edib. Qısaca Reynaldo adlanan braziliyalı 1989-cü il təvəllüdlüdür. Ön xəttdə universal oyunu ilə seçilən forvard 19 yaşında "Anderlext"ə transfer olunub. Son 2 mövsümdə yüksək liqada "Serkl Brügge" və "Vesterlo"çıxış edən Reynaldo parlaq çıxışla yadda qalıb. Brügge təmsilçisində klubun bombardiri olan Reynaldo bu mövsüm yenidən "Anderlext"ə qayıtmışdı. "Qarabağ" Reynaldonu məhz adıçəkilən klubdan transfer edib. Braziliyalı ilə 3 illik müqavilə imzalaınb.

Son xəbərlər
15.01.26  10:35

"Bavariya"da ciddi itki