"Qarabağ" "Qəbələ" ilə oyuna hazırlaşır

XƏBƏR 6 Fevral 2013 / 12:48 1309
-  A +

"Qarabağ" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqanın XIX turunda eyniadlı rayonun komandasının qonağı olacaq Ağdam təmsilçisi gündə iki dəfə məşq etməklə oyuna hazırlaşır. "Qarabağ" şimallılarla oyuna heç də tam heyətlə çalışa bilmir.

Beş futbolçusunu Azərbaycan, birini isə Albaniya millisinə göndərən Qurban Qurbanovun komandası həmin futbolçuların xidmətindən iki gün sonra yararlana biləcək. "Qarabağ"ın çalışması Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Ağdam təmsilçis fevralın 8-i Qəbələyə yollanacaq.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" görüşü fevralın 10-u, saat 15:30-da başlanacaq.

Son xəbərlər
15.01.26  10:35

"Bavariya"da ciddi itki