Uli Ştayn: "Qapıçılar məşqə böyük həvəslə çıxırlar"

Uli Ştayn: "Qapıçılar məşqə böyük həvəslə çıxırlar"
XƏBƏR 5 Fevral 2013 / 18:15 1951
-  A +

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Uli Ştayn qapıçıların hazırlığı ilə bağlı fikirlərini bildirib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis qapıçılardan razı qaldığını söyləyib:

"Beşinci ildir Azərbaycan yığmasında qapıçılarla işləyirəm. Hamısından razı qalmışam. Bütün qapıçılar məşqə böyük həvəslə çıxırlar. Bugünkü məşqdə də bunun şahidi olduq.
Futbolçu nə qədər məşq etməyibsə, ona formasını yığmaq üçün bir o qədər vaxt lazımdır. Kamran Ağayev “Bakı” ilə təlim-məşq toplanışa getməmişdən əvvəl fərdi çalışıb. O zaman formada idi. Kamranın çəki problemi var. Çox məşq etməyəndə, çəkisi artır. İnanıram ki, “Bakı” ilə Antalyada yaxşı hazırlıq keçib. Kamran hazırda Azərbaycanın ən yaxşı qapıçısıdır. Sözsüz ki, millidə öz klubunda oyun təcrübəsinə malik olan qapıçı oynaya bilər. Klubsuz futbolçu millidə oynaya bilməz. Kamran Ağayev milliyə qayıdanda, əsas heyətdəki yeri uğrunda mübarizə aparmalı olacaq".

Son xəbərlər
15.01.26  10:35

"Bavariya"da ciddi itki