Millimizdə yeni baş məşqçi

Millimizdə yeni baş məşqçi
XƏBƏR 5 Fevral 2013 / 11:13 1766
-  A +

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçi vəzifəsinə namizədlərdən biri kimi Patrisia Qonzaleslə aparılan danışıqlar müsbət nəticələnib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçi vəzifəsi Patrisia Qonzalesə həvalə olunub. Hazırda ölkəmizdə olan məşqçi artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Patrisia Qonzales UEFA-nın B, A və PRo məşqçi lisenziyasına malikdir. Madrid şəhərindəki Camilo Jose Cela Universitetini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. "Rayo Valekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışıb.

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner