Yapon futbolçu “Rəvan”da ilk məşqə çıxdı

Yapon futbolçu “Rəvan”da ilk məşqə çıxdı
XƏBƏR 4 Fevral 2013 / 19:43 2202
-  A +

“Rəvan” baxışa daha bir futbolçu çağırıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu, yaponiyalı müdafiəçi Naoya Şibamuradır.

Əsasən vətənində çıxış etmiş arxa xətt oyunçusu karyerasına Sinqapurun "Albireks Niiqata” kollektivində başlayıb, 2011-ci ildə Latviyanın "Ventspils”, 2012-ci ildə isə Özbəkistanın "Paxtakor” və "Buxara” komandalarında top qovub.

Bu gün “Rəvan”la birgə ilk məşqinə çıxan yapon oyunçuyla bağlı yekun qərarı məşqçilər yaxın günlərdə verəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner