Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçən Azərbaycan milli komandasının futbolçuları hazırlıqla bağlı fikirlərini bildiriblər.
Qol.Az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına açıqlamasında Rauf Əliyev deyib: “Yaxşı toplanış keçirik. Hər ilin əvvəlində milli komandanın Dubay toplanışı olur. Vacib təlim-məşq toplanışıdır. Gündə iki dəfə məşq edirik. Hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirəcəyik. Qarşıdakı oyunda qalib gəlsək, mart ayındakı seçmə görüşlərə daha yaxşı əhval-ruhiyyədə çıxarıq. Hər şey yüksək səviyyədədir. Milli komandanın heyətinə həmişə gənc futbolçular dəvət olunur. Onlar da çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Milli komandada hər futbolçu oynamaq istəyir”.
Rasim Ramaldanov: “Toplanış plana uyğun davam edir. Gündə iki dəfə məşq keçirik. Hazırlıq çərçivəsində artıq yoxlama oyunu keçirmişik. Özbəkistan milli komandası ilə qolsuz heç-heçə oynadıq. Pis nəticə olmadığını düşünürəm. Qarşıda bizi Lixteynşteyn millisi ilə oyun gözləyir. Çalışacağıq ki, həmin oyunda qələbə qazanaq”.
Vaqif Cavadov: “Milli komandaya yeni oyunçular dəvət olunub. Bu təlim-məşq toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına hazırlaşmaqdır. Həm klublarımızda, həm də milli komandanın toplanışlarında yaxşı hazırlıq keçməyimiz müsbət təsirini göstərəcək. Milli komandada futbolçular həmişə bir yerdə olmurlar. Ay ərinzdə bir dəfə toplaşırıq. Ona görə bu cür təlim-məşq toplanışları lazımdır. Dediyim kimi, mart ayında bizi səfərdə Lüksemburq yığması ilə vacib oyun gözləyir. Səfərə ancaq 3 xal dalınca gedəcəyik. İnanırıq ki, burda yaxşı hazırlaşıb Lüksemburda sərfəli nəticə qazanacağıq”.
Elhad Nəziri: “Bu təlim-məşq toplanışına bir neçə gənc oyunçu dəvət olunub. Dubay toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına daha yaxşı hazırlaşmaqdır. İnşallah bu hazırlıqdan maksimum yararlanarıq. Biz gənc oyunçular da əlimizdən gəldiyi qədər özümü göstərməyə çalışırıq”.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi